Fələstinli gənc qız Almaniyada qala bilәcәk

Almaniya Kansleri Angela Merkelin ağlatdığı Fələstinli gənc qız Rim Sahvil, Almaniyada qala biləcək.

345995
Fələstinli gənc qız Almaniyada qala bilәcәk

Mövcud immiqrasiya qanununun dəyişəcəyini ifadә edәn İnteqrasiya naziri Aydan Özoğuz, Rim-in vəziyyətində olan qaçqın uşaq və gənclərə daimi iqamәt icazәsinin verilmәsini nәzәrdә tutan qanun hazırladıqlarını qeyd edib.
Avqust ayında hәyata keçirilәcәk olan qanun, Almaniyada 4 il yaşamış qaçqın uşaq və gəncləri əhatə edəcək.
Livandakı qaçqın düşərgəsindən Almaniyaya pәnah gәtirәn Fələstinli gənc Rim Sahvil, bir televiziya proqramında Merkeldәn özlәrinә yardım etmәsini tәlәb etmişdi.
Müvəqqəti iqamәt icazələrinin sona çatacağı üçün ölkəni tərk etmək məcburiyyətində qalacaqlarını sәslәndirәn Rim, Merkelin cavabı qarşısında göz yaşlarına hakim ola bilmәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr