ABŞ, Merkeli dә dinlenyib

Wikileaks-in qurucusu Julian Assangedan şok iddia.

345998
ABŞ, Merkeli dә dinlenyib

Wikileaks-in qurucusu Julian Assange, Amerika kəşfiyyatının Almaniya Kansleri Angela Merkelin dinlədiyini sübut edәcәk məlumat və sənədlərә sahib olduğunu və Alman orqanlarının tələb etməsi halında sənədləri beynәlxalq cәmiyyәttin diqqәtinә çatdıra bilәcәyini qeyd edib. 

Alman mətbuatına verdiyi açıqlamada, Amerika Milli Təhlükəsizlik Təşkilatı NSA-nın dinləmə fəaliyyətləri mövzusunda şahidlik etməkdә hazır olduğunu ifadә edәn Assange,NSA-nın Almaniya kansleri Merkel başda olmaqla ali seviyyәli politiqlәri illər uzunu dinlədiyini, xüsusilə də Almaniyanın iqtisadiyyat siyasəti haqqında məlumat әldә etmәk üçün çalışıldığını irәli sürüb.
Qeyd edәk ki, Assenge, Amerika Birləşmiş Ştatlarına qaytarılması tәlәb edilә bilәcәyi ehtimalına görә 2012-ci ildən bәri sığındığı Londondakı Ekvador səfirliyindən çölə çıxa bilmir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr