ABŞ-da hərbi mərkəzlərə hücum

Amerika Birləşmiş Ştatlarının Tennessee ştatında iki hərbi mərkəzə atəş açan təcavüzkar 4 hərbçini öldürüb, 3 adamı yaralayıb.

381488
ABŞ-da hərbi mərkəzlərə hücum

  Təcavüzkar özü də hadisə yerində öldürülüb.

  Hücumun səbəbilə bağlı istintaq işi açılıb.

  Təcavüzkarın 24 yaşlı Məhəmməd Yusuf Əbdüləziz adlı biri olduğu aydınlaşdırılıb. O, əsgərlik qeydiyyat şöbəsinin qabağına gələrək avtomobilindən enmədən atəş açıb, içəridəkilər qaçmağa fürsət tapmadıqları üçün bu qədər can itkisi olub.

  Təcavüzkar daha sonra dəniz piyadalarının olduğu Donanma Ehtiyat Mərkəzinə gedərək buradakı əsgərlərə atəş açıb və 4 hərbçini öldürüb.

  Rəsmilər hücumu "daxili terror aktı" adlandırıblar.

  İlkin təyinetmələrə görə, təcavüzkar o bölgədə yaşayıb, mümkün olduğu qədər çox zərər verməyə çalışıb və təkbaşına hərəkət edib.

  Hadisəni “çox kədərli” adlandıran Amerika prezidenti Barak Obama hücuma ciddi yanaşacaqlarını və sürətli və geniş istintaq aparılacağına söz verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr