Yunanıstan məsələsində fikir ayrılıqları

Avrozona liderləri Yunanıstanla bağlı məsələdə fərqli fikirlər irəli sürürlər.

379417
Yunanıstan məsələsində fikir ayrılıqları

Almaniya islahatlara müqavimət göstərəcəyi təqdirdə Yunanıstanın 5 illiyinə avrozonadan çıxarılmasını istəyir.
Fransa isə müvəqqəti də olsa Yunanıstanın avrodan çıxmasına qarşıdır.
Brüsseldə davam edən zirvə toplantısında Avrozona maliyyə nazirləri Yunanıstanın islahatları 3 gün içində parlamentin müzakirəsindən keçirməsini şərt qoyub. Liderlər maliyyə nazirlərinin təklifini müzakirə edir. Bu təkliflər arasında razılaşma təmin edilməzsə Yunanıstanın avro bölgəsindən çıxarılması, ya da borcları özəlləşdirmə yolu ilə toplayan fond yaradılması da var. Afina yeni kredit ala bilmək üçün bu fonda 50 milyard dollar dəyərində özəlləşdiriləcək mal və xidmətlərini qoymalıdır.
Maliyyə nazirləri Yunanıstanın vergiləri artırmağı, təqaüdçü maaşlarını endirməyi, özəlləşdirmələri sürətləndirmək və iş prosesində yeni islahatlar etməyi qəbul etdiyini bildirib.
Təkliflərdə Yunanıstana lazımi islahatları parlamentdən keçirməsi üçün çərşənbə axşamına qədər vaxt verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr