ABŞ-dan "xlor məshulları" ilə bağlı yeni layihə

ABŞ Suriyada son dövrlər xlor qazı hücumlarının artması səbəbilə bu kimyəvi maddələrdən istifadə edən tərəfləri aşkar etmək tələbi ilə “BMT Təhlükəsizlik Şurası qərar layihəsi” ni hazırlayıb.

344469
ABŞ-dan "xlor məshulları" ilə bağlı yeni layihə

Şura üzvlərinə təqdim olunan layihədə hücumların səbəbkarlarının təyin olunması üçün BMT-nin Baş katibi Pan Gi-Mundan Kimyəvi Silahların Qadağan Təşkilatının (OPCW) baş direktoru Əhməd Üzümcü ilə əlaqəli bir şəkildə “ortaq istintaq mexanizmi” yaradaraq təsdiq üçün 15 gün ərzində Şuraya təqdim etməsi tələb olunur.
Qanunda Şuranın təsdiq edəcəyi istintaq qrupunun Suriyada kimyəvi silah istifadə olunması ilə əlaqəsi olan, istifadə, təşkil edən, kimyəvi maddə ilə təmin edən bütün fərd, qrup və hökumətləri aşkar edərək ilk hesabatını 90 gün ərzində BMT Baş katibinə təqdim etməsi bildirilir.
İstintaq mexanizminin icra müddətinin bir il olacağı və lazım gələrsə müddətin uzadıla biləcəyi qanunda məsul şəxslərlə bağlı BMT Nizamnaməsinin 7-ci hissəsi çərçivəsində tədbirlər görüləcəyi yer alıb.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya Suriya döyüşlərində cinayətkar tərəflərin Beynəlxalq Cinayət Məhkəməsinə sövq edilməsini istəyən qərar layihəsini keçən il veto etmişdi.
Gələn həftə müzakirələrinə başlanması gözlənilən bu layihənin qəbul edilməsi üçün dörd ildir ki, Əsəd rejiminə dəstək verən Rusiyanın razı edilməsi lazımdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr