ABŞ-dan uyğurların Çinə göndərilməsinə etiraz

Amerika Birləşmiş Ştatları Tailandda nəzarətdə olan uyğurların istək və iradələri xaricində Çinə göndərildiyinə etiraz bildirib.

344353
ABŞ-dan uyğurların Çinə göndərilməsinə etiraz

  ABŞ Dövlət Katibliyinin spikeri Con Kirbi (John Kirby) deyib: “Tailand nəzarətindəki uyğurları Çinə göndərməklə müdafiəsiz insanlara etibarlı yer təminetmə ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyib”.

  Geri göndərilən uyğurların Çində mərhəmətsiz rəftarla üzləşəcəkləri və hüquqi haqqlarını müdafiə edə bilməyəcəklərini deyən Kirbi bu vəziyyətdən olduqca narahatlıq keçirdiklərini diqqətə çatdırıb.

  Kirby Tailand və uyğurların sığındığı digər ölkələrin hökumətlərinə səslənərək uyğurları zorla deportasiya etməməyə çağırıb. Eyni zamanda, Con Kirbi Çinin rəsmilərinə müraciət edərək uyğurlara münasibətdə beynəlxalq dəyərləri nəzərə almaq xəbərdarlığı edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr