Türk dili Kosovanın 4-cü rəsmi dili olub

Bundan sonra türk əhalinin yaşadığı bələdiyyələr doğum, vətəndaşlıq, yaşayış və nikah sənədlərini Türkiyə türkcəsində verəcək.

338950
Türk dili Kosovanın 4-cü rəsmi dili olub

Ölkədə 6 əsrdən uzun bir keçmişə sahib olan türk cəmiyyəti Türk dilinin də rəsmi dil olması üçün Rəsmi Dillər Komissarlığına və Daxili İşlər Nazirliyinə müraciət etmişdi. Türk toplumunda məmnuniyyətlə qarşılanan qərar xüsusilə əhalisi türklərdən ibarət olan Mamuşa Bələdiyyəsinin işini asanlaşdıracaq.
Xatırladaq ki, bu vaxta qədər bütün rəsmi sənədlər yalnız alban, serb və ingilis dillərində verilirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr