Akıncı:"Kıbrıs hәr iki cəmiyyət üçün bərabər imkanlar təmin etml

Şimali Kıbrıs Türk Respublikası Prezidenti Mustafa Akıncı və Rum Rəhbərliyi lideri Nikos Anastasiadis arasındakı görüşlәr müzakirələrin yenidən başlamasıyla artıb.

338132
Akıncı:"Kıbrıs hәr iki cəmiyyət üçün bərabər imkanlar təmin etml

Prezident Mustafa Akıncı dünən tәhlükәsiz zonada baş tutan yığıncaqda etdiyi çıxışında, Rum lider Anastasiadis ilə birlikdə, yarım əsrdir davam edən Kıbrıs probleminin hәlli uğrunda lazımlı addımları atacaqlarını bildirib.
İqtisadi inkişafların problemin həllinә töhvәsinin olacağına inandığını ifadә edәn Akıncı, Kıbrısda hər iki cəmiyyət və vətəndaşlar bərabər imkanlarlara sahib olmalıdılar deyә vurğulayıb. Adanın ətrafındakı neft ehtiyatlarının bütün Kıbrıslılara aid olduğunu ifadә edәn prezident bu zənginliyin qarşıdurmadan çox əməkdaşlığın güclәnmәsinә töhvә vermәsinin lazım olduğunu qeyd edib.
Rum Rəhbərliyi lideri Nikos Anastasiadis dә öz növbәsindә deyib ki, Kıbrısda iki xalqın gələcəyi, insan hüquqları və fundamental hüquqlar kimi mövzulara hörmətli Avropa İttifaqı üzvü olan bir Kıbrısdan asılıdır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr