ABŞ Yunanıstandakı vәziyyәti yaxından izlәyir

Obama ilə Olland Yunanıstan məsələsini müzakirə edib.

335365
ABŞ Yunanıstandakı vәziyyәti yaxından izlәyir

Yunanıstanda bazar günü keçirilən referendumda xalqın kreditorların təqdim etdiyi tədbir paketinə verdiyi "xeyr" cavabının əks-sədası davam edir.
Amerika Birləşmiş Ştatları da Yunanıstandakı vəziyyəti yaxından izləyir. Bu çərçivədə prezident Barak Obama Fransa prezidenti Fransua Oollandla telefonla danışıb.
Ağ Evdən verilən məlumata görə görüşdə hər iki lider Afina rəhbərliyinin islahatları davam etdirə biləcək və Avrozonada qala bilmək üçün borçların ödənilə bilməsi üçün mümkün həll variantı tapılmasına tərəfdar olduqlarını bildiriblər. Liderlər bunun üçün hər iki tərəfin də qarşılıqlı addımlar atması lazım olduğuna dair razılığa gəliblər.
Görüşdə Yunanıstandakı aktual vəziyyət və dünya bazarlarının iqtisadi vahidlər tərəfindən izlənilməyə davam edəcəyi ifadə olunub və hər iki dövlət başçısı bu mövzuda mütəmadi olaraq danışıqları davam etdirəcəklərini bildiriblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr