Mәrkәlin Yunanıstan siyasәtindәn etiraz

Merkeli Avropanın etibarını zәdәlәmikdә təqsirləndiriblər.

332361
Mәrkәlin Yunanıstan  siyasәtindәn  etiraz

Almaniyada, Yunanıstanda xalqı bu gün keçiriləcək referendumda Avropanın sərt iqtisadi tələblərinə qarşı “yox” deməyə çağıran bir qrup fəal kansler Angela Merkelin çıxışına mane olub. Aksiyaçılar, əllərində yunan dilində üzərinə “yox” sözü yazılmış plakardlarla konfrans zalında çıxış etməyə başlayıblar. Avropanın maliyyə siyasətinə qarşı şüarlar səsləndirib, Merkeli Avropanın etibarını zәdәlәmikdә təqsirləndiriblər. Fәallar bir qәdәr sonra təhlükəsizlik xidməti əməkdaşları tәrәfindәn zaldan uzaqlaşdırılıblar. Merkel isə, çıxışı zamanı Yunanıstanı beynəlxalq kreditorların şərtlərinə “bәli” deməyə çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr