Klintondan İrana sərt sözlər

"İranın təcavüzkarlığı sona çatmayacaq və bölgədə təhdid olmaqda davam edәcәk"

332365
Klintondan İrana sərt sözlər

ABŞ-nın keçmiş dövlәt katibi vә noyabr 2016-da keçirilәcәk prezident seçkiləri üçün demokrat partiyadan prezidentliyə namizəd namizədi göstәrilәn Hillari Klinton, İranın təcavüzkarlığının sona çatmayacağını və bölgədə təhdid olmaqda davam edәcәyini bildirib.
Klinton, partiyasının Glen-deki konfransında, İranın nüvə proqramı mövzusunda ən qısa zamanda razılıq әldә edilmәsini arzuladığını, lakin razılaşma olsa belə İranın təcavüzkarlığının sona çatacağına inamının olmadığını qeyd edib.
Tehranın Hizbullah vasitəsi ilə başda İsrail olmaqla bölgə ölkələri üçün təhdid ünsürü olmaqda, terrora dəstək verməkdә davam edәcәyini bildirib.
Rusiya Dövlət Başçısı Viladimir Putini də tənqid edәn Hillari Klinton, Putinin çətin bir lider olduğunu ifadә edәrәk, "Ona və ehtiraslarına cavabdeh ola bilmәk üçün daha ağıllı olmamız lazımdır" deyә vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr