Qlobal sülh təşəbbüsü olan Beynəlxalq Rabia Platforması

Beynəlxalq Rabia Platforması 2013-cü il iyulun 3-də Misirdə reallaşan hücumu, bu hücuma başçılıq edənləri və dəstəkləyənlərə qarşı səssiz və reaksiyasız qalanları kəskin şəkildə qınayıb.

331403
Qlobal sülh təşəbbüsü olan Beynəlxalq Rabia Platforması

Qlobal sülh təşəbbüsü olan Beynəlxalq Rabia Platforması 2013-cü il iyulun 3-də Misirdə reallaşan hücumu, bu hücuma başçılıq edənləri və dəstəkləyənlərə qarşı səssiz və reaksiyasız qalanları kəskin şəkildə qınayıb.
Platformadan verilən açıqlamada Misirdəki qarşıdurmalardan ötən 2 il müddətində Rabia və Nahda meydanlarında minlərlə insanın öldürüldüyü və on minlərlə hücum əleyhdarının da həbs olunduğu bildirilib.
Açıqlamada prezident Məhəmməd Mursinin vəzifədən uzaqlaşdırılması ilə nəticələnən qarşıdurma Misir xalqının iradəsinə vurulan bir zərbə kimi qiymətləndirilib və bölgə xalqının demokratiya arzularını kabusa çevirən bir olay olduğu vurğulanıb.
Məlumatda həmçinin bildirilir ki, 3 iyul qanlı olayları bölgədəki radikalizm və terror əməllərini sürətləndirdiyi kimi, qlobal İslam əleyhdarı dalğasını da gücləndirdi, İslam dünyasında və Qərbdə İslamofobiyanı daha da şiddətləndirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr