"Ya özün istəyərək başını açacaqsan, ya da…"

ABŞ-ın amerikalı ərəblərin sıx yaşadığı Miçaqanın (Michagan) Dearborn şəhərinin parkında müsəlman Maha Aldhalimi fotoşəkil çəkdirərkən polis onu “parkın görüntüsünü pozduğu” iddiasi ilə hicabı çıxarmağa məcbur edib.

328368
"Ya özün istəyərək başını açacaqsan, ya da…"

  Maha Aldhalimi hüquqları pozulduğu üçün Detroit Federal Məhkəməsinə müraciət edib və həmin polis qanunu pozmaqda təqsirləndirilib.

  Yerli mediaya şərhində Aldhalimi hadisəni danışıb: “Kişi polislərin qarşısında başımı açmayacağımı bildirməyimə baxmayaraq, polis "Ya özün istəyərək başını açacaqsan, ya da hicabı güclə çıxaracağıq” dedi. Ağlayaraq bunu etmək məcburiyyətində qaldım.”

  Xatırladaq ki, Detroitdə keçən həftə polisin nəzarətə aldığı 34 yaşlı Fatme Dakroub da buna bənzər vəziyyətlə qarşılaşmış, polisdən şikayət etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr