Yəməndə qan su yerinǝ axır göz yaşı dayanmır

Fövqaladǝ vəziyyət elan edildi

329141
Yəməndə qan su yerinǝ axır göz yaşı dayanmır


Yəməndə qan su yerinǝ axır, göz yaşı dayanmır
Birləşmiş Millətlər Təşkilatı Ramazan ayında , əhalinin yarısından çoxunun aclıq astanasında olduğu ölkə üçün fövqaladǝ vəziyyət elan etdi.
qarşıdurmaların sürdüyü Adeni həm şiə Husi milislərin, həm də Dövlət Başçısı Abdurrabbi Mansur Hadinin bağlı olduğu güvvǝlǝrdǝ can itkisi artır.
Zidd düşən tərəflərin vətəndaşları və ictimai binaları da hədəf alındığı vǝtǝndaş müharibǝsindǝ infrastruktur xidmətlər əsasən çökdü.
Qarşıdurmalar səbəbiylə 160 xəstəxananın bağlandığı ölkədə qızdırma, vəba və digər yoluxucu xəstəliklər baş alıb gedir. 
Birləşmiş Millətlər Təşkilatı bǝşǝri faciəyə dönən ölkədəki vəziyyətlə əlaqədar 6 aylığına fövqaladǝ vəziyyət elan etdi.
Digər tərəfdən, BMT-nin Baş katibi Ban Ki-mun, BMT-nin Yəməndə " fövqalǝdǝ vǝziyyǝt " elan etməsinin ardından tərəflərə, ən azından Ramazan ayı sonuna qədər qarşıdurmalara ara vermələrini çağırışı etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr