"4-cü donanmaya dǝstǝk olacağam", Marzuki

Marzuki, Qǝzzaya tǝtbiq edilǝn mühasirǝ qǝrarını pozmağı hǝdǝfǝ alan vǝ Mǝğrib ölkǝlǝri tǝrǝfindǝn tǝşkil edilmǝsi planlaşdırılan 4-cü donanmaya qatılmayacağını, ancaq dǝstǝklǝyǝcǝyini söylǝyib.

331208
"4-cü donanmaya dǝstǝk olacağam", Marzuki

Tunisin sabiq prezidenti Marzuki, Qǝzzaya tǝtbiq edilǝn mühasirǝ qǝrarını pozmağı hǝdǝfǝ alan vǝ Mǝğrib ölkǝlǝri tǝrǝfindǝn tǝşkil edilmǝsi planlaşdırılan 4-cü donanmaya qatılmayacağını, ancaq dǝstǝklǝyǝcǝyini söylǝyib.
İsrail ordusunun 3-cü Azadlıq donanmasına beynǝlxalq sularda müdaxilǝsi zamanı mane olunan Tunisin sabiq prezidenti Mǝhǝmmǝd Munsif ǝl-Marzuki Qǝzzaya tǝtbiq edilǝn mühasirǝ qǝrarını pozmağı hǝdǝfǝ alan donanmaya qatılmayacağını bildirǝrǝk deyib ki, donanmanı dǝstǝklǝyǝcǝyǝm, mǝşǝlin yüksǝklǝrdǝ dayanması üçün dǝ mǝndǝn başqa insanların da buna dǝstǝk olmasına cǝhd göstǝrǝcǝyǝm.
Marzuki hava limanından ayrılarkǝn verdiyi açıqlamada bildirib ki, biz siyasi bir mǝslǝhǝt üçün yox, humanitar dǝyǝrlǝr üçün mübarizǝ edirik.
Qǝzzaya tǝtbiq edilǝn mühasirǝni pozmağı hǝdǝfǝ götürǝn vǝ Mǝğrib ölkǝlǝri tǝrǝfindǝn tǝşkil edilmǝsi planlaşdırılan 4-cü donanmaya qatılmayacağını ifadǝ edǝn Marzuki deyib ki, israillilǝr Tunis vǝ tunislilǝrinǝ dǝyǝr verdiklǝrinǝ görǝ mǝnǝ hǝr hansı bir tǝzyiq edilmǝdi, hörmǝtlǝ yanaşıldı.
Dörd qayığın iyunun 27-dǝ Yunanıstandan hǝrǝkǝt edib Marianne gǝmisinǝ qoşulması ilǝ yola düşǝn Qǝzzaya 3-cü Azadlıq donanması, öncül olan Marianne gǝmisinin İsrail tǝrǝfindǝn Aşdot limanına çǝkilmǝsilǝ geri qayıtmışdı.
Marianne gǝmisindǝ olan Marzuki, İspaniyanın Qalisya Millǝtçi Bloku partiyasından Avropa millǝt vǝkili Ana Miranda Aşdot limanındakı istintaqdan sonra Tǝl-Әviv limanında ölkǝdǝn çıxarılmış, israilli Әrǝb ǝsilli millǝt vǝkili Basil Gattǝs isǝ sǝrbǝst buraxılmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr