Standard & Poors və Fitch-dən Yunanıstana bəd xəbər

Standard & Poors və Fitch Yunanıstanın kredit reytinqini aşağı salıb.

327302
Standard & Poors və Fitch-dən Yunanıstana bəd xəbər

Yunanıstanın BVF-na ödəməsi lazım olan 1 milyard 600 milyon avroluq borcun son ödəmə tarixi dünən gecə sona çatıb.
Yunanıstanda hökumət ödəmə müddətinin dolmasına saatlar qalmış maliyyə köməyi üçün Avropa İttifaqına son təkliflә çıxış edib. Avropalı ortaqlarından yeni bir xilasetmə paketi istəyən Afina mövcud borclarının da yenidən qiymətləndirilərək uzunmüddətli vədə istəyib.
Təklifi qiymətləndirən Avrozona ölkələri maliyyə nazirləri Yunanıstana "yox" cavabını verib.
Avro Qrupun rəhbəri Jeron Disselblum təklif üçün artıq gec olduğunu və Yunanıstanın bu təklifinin yeni bir qurtarma paketi çərçivəsində qiymətləndiriləcəyini açıqlayıb. O, yeni təkliflərin bazar günü keçiriləcək referendumun ardından müzakirəyə çıxarıla biləcəyinin mümkün olduğunu söyləyib.
Almaniya kansleri Angela Merkel də referendum öncəsi Yunanıstanla yeni danışıqlar aparılmasına qarşı çıxıb. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama isə Yunanıstanın Avrozonada qalması üçün ortaq bir yol tapılmasının lazım olduğunu söyləyib.
Avrozona ölkələri maliyyə nazirləri Yunanıstanın vəziyyətini bu gün də müzakirə etməyə davam edəcəklər.
Bu arada, Beynəlxalq kredit derecelendirme agentliyi Fitch, Yunanıstanın kredit reytinqini "CCC" dən "CC" yə saldı.
Dünən də Beynəlxalq kredit derəcələrini müəyyənləşdirmə agentliyi Standard & Poors (S & P) Yunanıstanın kredit reytinqini "CCC" dən "CCC-" yə salıb,qiymət görünüşünü də "negativ"-də saxlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr