İsraildən yeni sanksiyalar

İsrail ordusu İordan çayının Qərb sahilində ‘‘təhlükəsizlik’’ məqsədilə bir sıra yeni tədbirlər alıb.

327516
İsraildən yeni sanksiyalar

Dövlət radiosunun məlumatına görə, 16 -30 yaş arasındakı fələstinli qadınlar və 30 -50 yaş arasındakı fələstinli kişilərin cümə günləri Məscidül- Əqsada namaz qıla bilmək üçün icazə sənədi almalarıdırlar. O yaşdan yuxarı qadın və kişilərin isə Məscidül-Əqsaya icazə sənədi olmadan girə biləcəyi qeyd edilib.
Beləcə İsrailin, 40 yaşdan yuxarı fələstinlilərə Ramazan ayı boyunca cümə günləri Qüdsə giriş icazəsi verməsində geri addım atdığı dilə gətirilir.
Xəbərdə həmçinin İsrail ordusunun Ramallahın şimalında yerləşən Beyt nəzarət məntəqəsini bağladığı və fələstinlilərin Ramallahla El-Calzon mühacir düşərgəsi arasında yerləşən yolu gediş-gəlişə qadağan etdiyini bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr