C.Kirbidən Suriya və Türkiyə şərhi

Amerika Birləşmiş Ştatları Suriyada uçuşa qadağa bölgəsi yaradılmasına bu gün ehtiyac olmadığı fikrini bir daha təkrarlayıb.

326899
C.Kirbidən Suriya və Türkiyə şərhi

  Dövlət Katibliyinin sözçüsü Con Kirbi (John Kirby) deyib: “Türkiyənin uzun müddətdir bu mövzuda mövqeyi müəyyəndir. Amma bu gün Türkiyənin Suriyaya hər hansı bir hərbi planlaşdırması olub-olmadığına dair heç bir məlumatımız yoxdur”.

  Kirbi onu da bildirib ki, “ABŞ Müdafiə Nazirliyinin ciddi, məntiqli, zaman, qaynaq və səy tələb edən etibarlı bir bölgəyə ehtiyacı var və koalisiyanın hərbi varlıqlarını belə bir bölgə yaratmaq üçün istifadə etməyəcək”.

  Koalisiyanın indiyə qədər etibarlı bölgəni dəstəkləməyə maraq göstərmədiyini nəzərə çatdıran Kirbi, eyni zamanda, Türkiyənin minlərlə qaçqına qapı açdığına da toxunaraq deyib: “Türkiyənin sərhədində baş verənlərə laqeyd deyilik. Ölkənin qarşı-qarşıya qaldığı çətinliklər və qayğılara göz yummaq mümkün deyil”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr