Srebrenitsa soyqırımında ABŞ, İngiltərə və Fransa iddiası

Srebrenitsa soyqırımı zamanı NATO-ya aid hava qüvvələrinin serblərə qarşı istifadə olunmamasının üç ölkə arasında gizli razılaşma olduğu iddiası irəli sürülüb.

326230
Srebrenitsa soyqırımında ABŞ, İngiltərə və Fransa iddiası

Ən böyük insan faciələrindən biri olaraq qəbul edilən 1995-ci ildə baş verən Srebrenitsa soyqırımı zamanı NATO-ya aid hava qüvvələrinin serblərə qarşı istifadə olunmamasının səbəbinin Amerika Birləşmiş Ştatları, İngiltərə və Fransa arasındakı gizli razılaşma olduğu iddiası irəli sürülüb.
Həmin dövrdə Niderlandın müdafiə naziri olmuş Joris Voorhoeve üç ölkə arasında NATO-ya aid hava qüvvələrinin istifadəsi istiqamətində 1995-ci ilin may ayında gizli bir razılaşma aparıldığını açıqlayıb.
Voorhoevenin bildirdiyinə görə hollandiyalı əsgərlərə güclü hava dəstəyi verilsəydi nəticə bu qədər dəhşətli olmaya bilərdi.
1995-ci ildə NATO-da xidmətdə olan hollandiyalı əsgərlərin nəzarətində olan təhlükəsiz bölgəyə sığınan çoxlu sayda bosniyalı serb general Ratko Mladiçin başçılıq etdiyi qüvvələrə təslim edilmiş və böyük bir qırğın baş vermişdi.
Mladiçin Hollandiyanın Haaqa şəhərində köhnə Yuqoslaviya üçün qurulan müharibə cinayətləri məhkəməsində mühakiməsi davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr