Obama "Ticarəti İnkişaf etdirmə səlahiyyəti" ni təsdiqləyib

ABŞ prezidenti Barak Obama Amerika Konqresinin həftələrdir müzakirə etdiyi ticarət razılaşmalarına sürətləndirmə imkanı verən qanun layıhəsini imzalayıb.

325693
Obama "Ticarəti İnkişaf  etdirmə səlahiyyəti" ni təsdiqləyib

Rəsmiləşən qanun layihəsi Ağ Evin prioritetləri arasında olan Trans Sakit okean Tərəfdaşlığı (TPP) və Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİP) baxımından kritik əhəmiyyət daşıyır.
Qlobal iqdisadiyyatın 40 faizini təmsil edən Trans Sakit okean Tərəfdaşlığı ‘‘Sürətli Qanunvericilik səlahiyyəti’’qüvvəyə mindiyi üçün ilin sonunadək həyata keçirilə biləcək.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının 2017-ci ildən öncə qüvvəyə minməsi qeyri- mümkün görünür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr