İsrailin 3-cü Azadlıq donanmasına etdiyi müdaxilǝyǝ göstǝrilǝn r

İsrail ordusunun Qǝzzaya yönǝldilmiş mühasirǝ qǝrarını pozmağı hǝdǝfǝ alan 3-cü Azadlıq donanmasına beynǝlxalq sularda etdiyi müdaxilǝyǝ göstǝrilǝn reaksiyalar davam edir.

325372
İsrailin 3-cü Azadlıq donanmasına etdiyi müdaxilǝyǝ göstǝrilǝn r

İsrail ordusunun Qǝzzaya yönǝldilmiş mühasirǝ qǝrarını pozmağı hǝdǝfǝ alan 3-cü Azadlıq donanmasına beynǝlxalq sularda etdiyi müdaxilǝyǝ göstǝrilǝn reaksiyalar davam edir.
ABŞ Dövlǝt Departamentinin sözçüsü Mark Toner müdaxilǝ zamanı yaralanma olmamasının “müsbǝt xǝbǝr” olduğunu bildirib.
Fǝlǝstin xalqına humanitar yardım tǝmin etmǝk mǝqsǝdi ilǝ beynǝlxalq dǝstǝyǝ ehtiyac olduğunu qeyd edǝn Toner, ABŞ-ın bu mövzudakı qanuni hüquqlardan istifadǝ edilmǝsinin vacibliyinǝ olan inamının davam etdiyini vurğulayıb.
Avropa İttifaqı isǝ Azadlıq donanmasına müdaxilǝ edilmǝsi barǝdǝ bildirib ki, bu mövzu ilǝ bağlı olaraq hǝr kǝsin sakit olmasını gözlǝyirik.
Hǝmasın Siyasi Büro sǝdrinin müavini İsmayıl Hǝniyyǝ İsrailin müdaxilǝsinin dǝniz quldurluğu olduğunu bildirib.
İsrailin müdaxilǝsini dǝyǝrlǝndirǝn mütǝxǝssislǝr isǝ bu ölkǝnin beynǝlxalq hüquq qaydalarını açıq şǝkildǝ tapdaladığını bildiriblǝr.
Digǝr tǝrǝfdǝn İsrailin 3-cü Azadlıq donanmasına müdaxilǝ edǝrǝk müsadirǝ etdiyi “Marianne” adlı qayıq Aşdot limanına gǝtirilib.
Fəallarla sorgular aparıldıqdan sonra Tel-Əvivdəki Ben Gurion hava limanına götürülərək deportasiya edilmələri gözlənilir. Müdaxilə əsnasında gəmidə olan Tunisin eks prezidenti Məhəmməd Munsif əl-Marzuki də Fransanın paytaxtı Parisə göndəriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr