Əfqanıstanda terror hücumları

Əfqanıstanda bir-birinin ardınca həyata keçirilən üç terror hücumunda 9 nəfər ölüb, 60 nəfər yaralanıb.

326156
Əfqanıstanda terror hücumları

Əfqanıstanda bir-birinin ardınca həyata keçirilən üç terror hücumunda 9 nəfər ölüb, 60 nəfər yaralanıb.
Paytaxt Kabildə hərbi avtomobilin altına yerləşdirilən bomba partlayışı insan itkisinə yol açmasa da hadisə ilə əlaqədar yolda uzunmüddətli tıxac yaranıb.
Hadisədən az sonra Kabildə ikinci bir partlayış meydana gəlib.
Hava limanına gedən NATO karvanına bomba ilə yüklənmiş avtomobillə hücum təşkil edilib. Hücumda 7 nəfər ölüb, 19 nəfər yaralanıb.
Leşkergah şəhərində isə polis bölməsi binasını hədəf alan hücumda 2 adam ölüb, 40 nəfər yaralanıb.
Hücumlarla əlaqədar məsuliyyəti hələ üzərinə götürən olmasa da lakin Taliban təşkilatı yay mövsümündə hücumlarının sayını artıracağı barədə xəbərdarlıq etmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr