Solar İmpulse rekord üçün yenidən uçdu

Günəş enerjisiylə dünya turuna qalxan təyyarə 1 ay gözləmədən sonra ən çətin mərhələsinə keçmək üçün Yaponiyadan yola çıxıb. Hal-hazırda Solar İmpulse Sakit Okean üzərində uçur.

324495
Solar İmpulse rekord üçün yenidən uçdu

  Xatırladaq ki, əlverişsiz hava şərtləri üzündən 21 mayda Yaponiyaya gözlənilməz eniş reallaşdıran təyyarə nə vaxtdır ki, havanın düzəlməsini gözləyirdi.

  Təyyarəçi Andre Borşberq (Borschberg) hesab edir ki, bu, onun ən riskli uçuşlardan biridir və bir şey olarsa, təcili eniş etmək variantı yoxdur. Hədəf bu riskli və yeni rekordu qırmaq – Sakit Okean üzərindən 5 gün içində Havaya çatmaqdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr