ABŞ terror aktlarını pislǝyib

Ağ ev tǝrǝfindǝn yayımlanan açıqlamada Tunis, Fransa vǝ Küveytdǝki terror aktları sǝrt dillǝ pislǝnib.

322135
ABŞ terror aktlarını pislǝyib

Ağ ev tǝrǝfindǝn yayımlanan açıqlamada Tunis, Fransa vǝ Küveytdǝki terror aktları sǝrt dillǝ pislǝnib.
Açıqlamada bildirilib ki, insanlığa yaraşmayan bu terror aktlarının qurbanları, yaxınları vǝ bu üç ölkǝnin xalqı üçün dua edirik. Heç bir ictimaiyyǝtin hǝyatında terrorun yeri olmamalıdır. Terrorçuluq vǝ radikalizm ilǝ mübarizǝdǝ beynǝlxalq mütǝfiqqlǝrlǝ ǝmǝkdaşlığımız davam edǝcǝkdir.
Daxili Tǝhlükǝsizlik üzrǝ nazir Ceh Cansın isǝ artan tǝhdidlǝrǝ diqqǝt çǝkǝrǝk bu ölkǝlǝrin xalqlarının yanında olduqlarını vǝ hücumlarda ölǝnlǝrin yaxınlarının kǝdǝrlǝrini bölüşdüklǝrini bildirib.
Bütün tǝhlükǝsizlik qüvvǝlǝrinin hazır gözlǝdiyini dǝ vurğulayan Cansın deyib ki, xalqımızı qorumaq üçün lazım olan sǝviyyǝdǝ hǝm açıq hǝm dǝ mǝxfi şǝkildǝ tǝhlükǝsizlik tǝdbirlǝrini görürük.
Pentaqon gündǝmdǝki üç terror aktı arasında ǝlaqǝ olduğuna dair mǝlumat olmadığını açıqladıqda, Dövlǝt Departamenti hücumların taktika sǝviyyǝsindǝ koordinasiyalı olduğuna dair bir dǝlil olmadığını bǝyan edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr