Müəllimlərin 40 faizi işini tərk edib

Çilidə hökumətin təhsil islahatına əks reaksiya davam edir: minlərlə adam yenə etiraz nümayişinə çıxıb.

320459
Müəllimlərin 40 faizi işini tərk edib

  Paytaxt Santyaqoda təhlükəsizlik gücləri və nümayişçilər qarşı-qarşıya gəliblər və ortalıq döyüş meydanına dönüb.

  Nümayişçilər polisləri daş yağışına tutublar. Təhlükəsizlik gücləri isə təzyiqli su və itlərlə etirazçıları dağıtmağa çalışıblar. Çox sayda nümayişçi nəzarətə alınıb.

  Müəllim və universitet tələbələri hökumətin qəbul etmək istədiyi təhsil islahatında onların sayılmadığını əsas gətirərək bu qanun layihəsinin ləğvini tələb edirlər. Bu təhsil islahatına cavab olaraq müəllimlərin 40 faizi artıq işini buraxaraq tətil elan ediblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr