Fələstin rəhbərliyi Beynəlxalq Cəza Məhkəməsinə müraciət edib

Fələstin rəhbərliyi Qəzzaya hücumu ilə əlaqədar İsrailin mühakimə olunması üçün Beynəlxalq Cəza Məhkəməsinə müraciət edib.

320120
Fələstin rəhbərliyi Beynəlxalq Cəza Məhkəməsinə müraciət edib

Fələstin rəhbərliyi Qəzzaya hücumu ilə əlaqədar İsrailin mühakimə olunması üçün Beynəlxalq Cəza Məhkəməsinə müraciət edib.
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki İsraillə əlaqədar bütün dəlilləri Haaqda məhkəməyə təqdim edib. Dəlillər arasında İsrailin Qəzzada törətdiyi insanlıqdan kənar əməllər, İordan çayının Qərb Sahilində Yəhudi məskunlaşma mərkəzləri və İsrail həbsxanalarındakı fələstinli məhbuslara edilən rəftar da yer alıb.
"İstintaqı sürətləndirmək, İsrailin Qəzzada həyata keçirdiklərinin hesabını verməsini istəyirik" deyən Maliki istintaqın beynəlxalq mexanizmlərin etibarlılığı üçün də bir imtahan olacağını vurğulayıb.
İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü isə, Fələstini Beynəlxalq Ceza Məhkəməsinə manipulyasiya etməyə çalışmaqda günahlandırıb.
Qeyd edək ki, Fələstin bu ilin aprel ayında Beynəlxalq Ceza Məhkəməsinə üzv olub. İsrail isə Məhkəmənin üzvü olmadığı üçün adıçəkilən qurumla əməkdaşlıq etmək məcburiyyətində deyil. Müşahidəçilərə görə isə, əməkdaşlıq etməmə yolunu seçdiyi halda İsrail beynəlxalq ictimaiyyət qarşısında yalnızlığa sürüklənəcək.
Xatıradaq ki, İsrailin keçən il 50 gün davam edən Qəzza hücumu zamanı əsnasında 2100 fələstinli öldürülmüşdü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr