NATO-nun baş katibi Cens Stoltenber Rusiyaya xəbərdarlıq edib
Moskvanın Ukraynadakı Rusiya tərəfdarı qruplara verdiyi dəstəyi artırdığını ifadə edən Stoltenberq bölgədə şiddətli qarşıdurma riskinin çox yüksək olduğunu vurğulayıb.
319466
Stoltenberq Kreml rəhbərliyini Rusiya tərəfdarı qruplara verdiyi dəstəyi dayandırmağa çağırıb. Ukraynada atəşkəsin pozulması hallarının davam etdiyini deyən NATO-nun baş katibi mövcud vəziyyətin böyük bir savaşa çevrilmə riski olduğunu söyləyib.
Rusiyanın tərəfdarlara təlim, silah və hərbi köməyi etdiyinə diqqət çəkən Stoltenberq Moskvanı daha məsuliyyətli davranmağa dəvət edib.
Stoltenberq həmçinin, NATO-nun Ukraynanın ərazi bütövlüyünə hər zaman sadiq qaldığını, Rusiyanın qeyri-qanuni birləşdirmə siyasətini qəbul etməyəcəklərini söyləyib.