Yunanıstan borc batağında

Avro bölgəsi və BVF ilə danışığa keçdi

316456
 Yunanıstan borc batağında


Borc batağındaki Yunanıstan, kreditorların Avro bölgəsi və BVF ilə bir dəfə daha danışığa masa başına keçdi.

"İslahat qarşılığı maliyyə yardımı" razılaşması üzərində bu ana qədər bir cür uzlaşa bilməyən tərəflər, Brüsseldə yenidən bir araya gəlir.

Yunanıstan baş naziri Aleksis Çiprasın Brüsseldə müzakirə masasına oturacağı görüşdə Afinanın təklif etdiyi son islahat paketi ələ alınacaq.

Yunanıstan görüşdən ümidli, ancaq Beynəlxalq Valyuta Fondu IMF, Afinanın təqdim etdiyi son islahat paketinə təmkinli yaxınlaşır.

Yunanıstan "İslahat qarşılığı maliyyə yardımı" razılaşması çərçivəsində qurtarma fonunun7 milyard 200 milyon Avroluq son diliminin sərbəst buraxılmaması halında BVF-nin ay sonunda geri ödəmə edə bilməyəcək vəziyyətə gəldi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr