"Srebrenitsa layihəsi" Balkanlara qeyri-sabitlik gətirir

Serbiya İngiltərənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edəcəyi Srebrenitsa layihəsi ilə əlaqədar şura üzvlərinə məktub göndərib.

316089
"Srebrenitsa layihəsi" Balkanlara qeyri-sabitlik gətirir

"Srebrenitsa layihəsi” Balkanlara qeyri-sabitlik gətirir.
Serbiya İngiltərənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edəcəyi Srebrenitsa layihəsi ilə əlaqədar şura üzvlərinə məktub göndərib.
Serb mediasına əks olunan xəbərlərə görə, Serb hökuməti məktubda layihənin Balkanlara qeyri-sabitlik gətirəcəyini iddia edir.
İngiltərə iyulun 7-də BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyi Srebrenitsa layihəsinin qaralama mətnini ötən həftə Serbiyaya göndərmişdi. Bu günə qədər Serbiyanın tərəfində olan Rusiyanın Bosniya və Herseqovina səfiri də ötən həftə Srebrenitsada soyqırım həyata keçirildiyini qəbul edib. Bu vəziyyət Rusiyanın Balkan siyasətində dəyişiklik etdiyini və Təhlükəsizlik Şurasında layihəni veto etməyə biləcəyi kimi izah olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr