ABŞ Baltik ölkələrinə tank və ağır silahlar göndərir

ABŞ Müdafiə naziri Aşton Karter (Ashton Carter) Baltik ölkələrinə 250 ədəd tank, ağır silah, piyada döyüş vasitələri və əsgər göndərəcəyini bildirib.

318530
ABŞ Baltik ölkələrinə tank və ağır silahlar göndərir

  Karter Estoniyanın paytaxtı Tallində Müdafiə naziri Sven Mikser, Litva Müdafiə naziri Juozas Olekas və Latviya Müdafiə Nazirliyi dövlət katibi Janis Sartslə bir araya gəliblər.

  Karter üç Baltik ölkəsinə hərbi təchizatlarla yanaşı 750 ABŞ əsgər də göndərəcəyini bildirib, hərbi vasitələrin Baltik ölkələrindəki hərbi təlimlər (manevrlər) üçün də faydalı olacağını, Rusiyadan və bəzi terrorçu qruplarından gələcək təhlükələrə qarşı tədbir xüsusiyyəti daşıyacağını qeyd edib.

  ABŞ-ın Latviyanın hərbi infrastruktur obyektlərinə 67 milyon, Estoniyaya isə 40 milyon avro sərmayə qoyacağı bildirilib.

  ABŞ hərbi təchizatlarını Bolqarıstan, Polşa, Rumıniya və Almaniyada yerləşdiriləcək.

  ABŞ-ın San Antonio adlı amfibi (suda-quruda üzən) gəmisi də Tallin limanına göndərilib. Polşada Baltops hərbi təlimləri çərçivəsində gəmilərlə 800 əsgər və hərbi təchizatın limana endirməsi gözlənilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr