Berlində 6 Türk dərnəyi  ortaq iftar yeməyi verdi

Berlin səfiri Hüseyn Avni Qarslıoğlu iftar süfrələrinin vacibliyini vurğuladı

315291
Berlində 6 Türk dərnəyi  ortaq iftar yeməyi verdi

Almaniyanın paytaxtı Berlində 6 Türk dərnəyi, ortaq iftar yeməyi verdi.

Berlin səfiri Hüseyn Avni Qarslıoğlu yeməkdə aldığı sözdǝ , iftar süfrələrinin çox mühüm bir ənənə olduğunu və davam etdirilməsinin vacibliyini vurğuladı.

İftar yeməyinə Berlin səfiri Hüseyn Avni Qarslıoğlu, Berlin səfirliyi müşaviri Hidayət Çilkoparan, Berlin Baş konsulu Əhməd Başar Şen, Almaniya Baş nazir müavini Sigmar Gabriel , Federal Məclis Başçısı kömǝkçisi Petra Pau, Xristian Demokrat Birlik Partiyası Ümumi katibi Peter Tauber və çox sayda qonaq  qatıldı . 

Berlin səfiri Hüseyn Avni Qarslıoğlu çıxışında iftar süfrələrinin xüsusilə xaricdə əhəmiyyətindən bəhs edərək, bu ənəni davam etdirmək çox  mühümdür. 

Almaniya Baş naziri müavini Sigmar Gabriel də çıxışında ölkədə 18 yaş altındakıların mühüm bir hissǝsinin immiqrant mənşəli gənclər olduğunu ifadə etdi.

Gabriel '' Onlar olmadan demoqrafik keçiş müvəffəqiyyətli ola bilməz. Müxtəlif ölkələrdən gəldikləri üçün iki dil birdən danışırlar. Onlar ölkəmizin əhəmiyyətli bir parçasıdır '' dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr