Avropada qaçaq miqrant problemi

Avropada qaçaq miqrantların mübarizəsi davam edir.

315458
Avropada qaçaq miqrant problemi

Qaçaq miqrantlar ilə əlaqədar qabaqlayıcı tədbirlərini artıran Avropada miqrantların mübarizəsi davam edir.
Daha yaxşı həyat ümidi ilə Avropa ölkələrinə gələn miqrantlar heç bir tədbirin onları tuta biləməyəciyini söyləyirlər.
Onlar daha yaxşı həyat uğrunda təhlükəli səfəri gözə alaraq Avropa ölkələrinə daxil olmağa çalışırlar.
Makedoniyadan Serbiyaya keçən bir çox insan buradan Avropa İttifaqı ölkəsi olan Macarıstana girmək istəyir.
Macarıstan qaçaq miqrantlar üçün Avropa ittifaqına açılan qapılardan biridir.
Macarıstan qaçaq miqrant problemi ilə mübarizə üçün Serbiya sərhəddinə hasar çəkəcəyini açıqlasa da Serbiyada olan bir qrup miqrant bu tədbirin onları tuta bilməyəcəyini söyləyir.
Serbiya qaçaq miqrant dalğasının qarşısını ala blmədiyini etiraf edir. Macarıstan isə keçən həftə Serbiya ilə 175 kilometrlik sərhəddinə 4 metr yüksəkliyində divar hörəcəyini bildirmişdi.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr