Vladimir Putin şəxsi həyatından danışıb

“Qızlarım Mariya və Yekaterina ilə mütamadi olaraq görüşürük”

312725
Vladimir Putin şəxsi həyatından danışıb

Rusiya prezidenti Vladimir Putin, şəxsi həyatı ilə əlaqədar gələcək planlarının olduğunu söyləyib. Sankt-Peterburq şəhərində xarici jurnalistlərlərin suallarını cavablandıran prezident, "Boşanmamıza baxmayaraq keçmiş həyat yoldaşım Lyudmila ilə yaxşı münasibətlərimiz var. Qızlarım Mariya və Yekaterina ilə mütamadi olaraq görüşürük. Bəzən gecə saat 2-yə qədər yatmıram, ailəmlə söhbət edir bəzi kiçik problemləri həll edirik. Jurnalistlərdən birinin “Şəxsi həyatınız varmı” sualına prezident “Gələcək üçün planlarım var, həyatımda hər şey qaydasındadır” deyə cavab verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr