Çadın paytaxtı Ndjamenada qanlı hücumlar

Boko Haram terror təşkilatı

310210
Çadın paytaxtı Ndjamenada qanlı  hücumlar


Çadın paytaxtı Ndjamenada həftə başında təşkil edilən hücumlar Boko Haram terror təşkilatı tǝrǝfindǝn törǝdildi.

Çad Torpaq İdarǝsi və Cəmiyyət Təhlükəsizliyi naziri Aderahim Breme, dövlət radiosunda yayımlanan şərhində, "Əldə etdiyimiz məlumatlara görə, 15 İyunda polis akademiyasını və polis bölməlǝrini hədəf alan  vǝ 34 nǝfǝrin ölümünǝ sǝbǝb olan hücumlar, terör tǝşkilatı Boko Haram tərəfindən təşkil edilmişdir" dedi.

Nazir , terroristlərin çox yaxında yaxalanacağına və ədalətə təslim ediləcəyinǝ söz verdi.

Breme, hücumlardan sonra xalqın sükunətini qorumasını, terroristlərin tutulmasına dəstək verməsini məmnuniyyətlə qarşıladıqlarını vurğuladı.

Bəzi bölgə ölkələrinin də dəstəyi ilə ocaqdan bu yana 5 min əsgərlə Boko Harama qarşı əməliyyatlar aparılan Ndjamenada ilk dəfə bu qədər qanlı hücumlar meyddana gǝldi.

Hücumlardan sonra ölkədə 3 günlük yas elan edildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr