Yunanıstanda, hökumətə dəstək nümayişi keçirilib

Paytaxt Afinada minlərlə aksiyaçı, beynəlxalq kreditorlar ilә müzakirə prosesindә hökuməti dәstәklәdiyini sәslәndirib.

308081
Yunanıstanda, hökumətə dəstək nümayişi keçirilib

Yunanıstan ilә beynәlxalq kreditorlar ilә davam edәn danışıqlardan hələ dә müsbət nəticə әldә edilmәyib. Xalq isә hökumətә dәstәk mәqsәdiylә nümayişlər təşkil edib.
Afinada Parlament binasının da yerlәşdiyi Sintaqma Meydanında toplanan minlərlə nümayişçi, Aleksis Çiprasın başçılığındakı hökumətə dəstək verdiklәrini, “Həyatlarımız kreditorlara aid deyil, qorxmuruq və geri addım atmarıq”, şəklində şüar sәslәndiriblәr. Sosial media üzərindən edilәn çağırışa görә keçirilәn nümayişdə, “Nəzarət bizdə. Memoranduma qarşı mübarizə edəcəyik" deyiblәr.
Yunanıstanın bir çox şəhərində də bənzər aksiyalar keçirilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr