Macarıstan qaçaq immiqrant axınına qarşı tədbir aldı

Serbiya sərhədini bağladı

307767
Macarıstan qaçaq immiqrant axınına qarşı tədbir  aldı

Macarıstan qaçaq immiqrant axınına qarşı tədbir olaraq Serbiya sərhədini bağladı.

 

Macarıstan hökuməti Serbiya sərhədinə 4 metr yüksəkliyində meftildǝn hasar çəkiləcəyini açıqladı. Son 6 ayda 54 min immiqrantın qaçaq yollardan daxil olduğu  Macarıstana ,qaçaqların yüzdə 95-nin ölkəyə Serbiya sərhədi üzərindən girdiyi mǝlum olmuşdur.

 

Macarıstanın baş naziri Viktor Orban, immiqrant dalğasını "Avropanın qarşı-qarşıya qaldığı yeni təhdid" olaraq  vurğulamış və mübarizədə qərarlı olduqlarını açıqlamışdır.

 

Avropa İttifaqı üzvü olmayan Serbiya, Avropa İttifaqına üzv olan Şərqi Avropa ölkələrinə qaçaq girmǝsinǝ şǝrait yaradan ǝsas ölkǝlǝrdǝn biri qəbul edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr