Dəmirəlin vəfatı xəbəri Dünya mətbuatında geniş əks-səda tapıb

Türkiyənin 9-cu dövlət başçısı Süleyman Dəmirəlin vəfatı xəbəri Dünya mətbuatında geniş əks-səda tapıb.

307528
Dəmirəlin vəfatı xəbəri Dünya mətbuatında geniş əks-səda tapıb

Dünya xəbər agentliklərində Dəmirəlin ölüm xəbəri təcili kodlu xəbərlər sırasında yer alıb.
Fransiz xəbər agentliyi AFP bu hüzünlü xəbəri auditoriyasina : “Türk siyasətinə yarım əsrdən çox damğa vuran nəhəng fiqur olan keçmiş prezident və baş nazir Süleyman Demirəl 90 yaşında həyatını itirdi ” cümləsi ilə çatdırdı.
Associated Press (AP) xəbəri : “Türk siyasətində son yarım əsrin ən nüfuzlu fiqurlarından olan Süleyman Demirǝl hǝyatını itirdi” başlığı ilә çatdırarkәn, İngitǝrǝnin Röyters (Reuters) xǝbǝr agentliyi mǝrhum dövlǝt başçısına mәxsus ‘baba’ lǝqǝbindǝn istifadǝ edǝrǝk: ‘Dǝmirǝlin öz övladı yox idi, amma iqtidarda olduğu illǝrdǝ Türkiyǝdǝ kǝnd tǝsǝrrüfatının şah damarı mövqeindǝki bölgǝlǝrdǝ sevǝnlǝri tǝrǝfindǝn ‘Baba’ olaraq adlandırılmışdı’ deyib.
Yazılı mǝtbuat da Dǝmirǝlin vǝfatı xǝbərinə geniş yer verərək mərhumun həyat hekayəsinin detallarını anlatıb.
Amerikanın Nyu York Tayms (New York Times) agentliyi Dəmirəlin istifadə etmədiyi ikinci adı “Gündoğdu” adını yazaraq mərhum prezidentin güclü hafizəsini xatirlatdı və onun dillərdə əzbər olan “Dünən dünəndir, bu gün bu gündür” ifadəsini də xatırladı.
İngiltərənin BBC kanalı Dəmirəlin qadağalarla dolu siyasi həyatından fraqmentlərə yer verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr