İtaliya ilə digər Aİ ölkələri arasında qaçqın böhranı

Yaxın Şərq və Afrika üzərindən İtaliyaya keçən qaçaq immiqrantların sayı 57 mini keçib.

304159
İtaliya ilə digər Aİ ölkələri arasında qaçqın böhranı

  Avropa İttifaqı Komissiyasının qaçaq immiqrantların üzv ölkələr arasında paylanması təklifinə baxmayaraq qarşı tərəflər bu mövzuda istəkli deyillər.

  Almaniya, Avstriya və Fransa sərhədləri 3 gündür ağırlaşdırılmış iş rejimində çalışır.

  Avropa İttifaqı Daxili İşlər nazirlərinin çərşənbə axşamı Lüksemburq Konfransında qaçaq immiqrantların paylaşma mövzusu müzakirə olunacaq.

  İtaliya Baş naziri Matteo Renzi “razılığa gəlinməzsə, B planını həyata keçirəcəklər”ini söyləyib.

  İtaliya Daxili İşlər naziri Angelino Alfano da “Məcburi köçkünlərin bərabər paylaşılmaması halında digər Avropa İttifaqı üzvləri qarşılarında fərqli bir İtaliya görəcəklər” xəbərdarlığını edib.

  Alfano "Ya yükü bərabər paylaşacağıq, ya da Liviyada düşərgə qurub yaxaladığımız qaçqınları elə həmin anda ölkələrinə geri göndərəcəyik" deyə bildirib.

  Qeyd edək ki, İtaliya hökuməti sayları sürətlə artan qaçqınlar üçün Romanın bir qatar stansiyasının yaxınlığında və Milanoda çadırlar qurub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr