Dünya liderlәrinin gizli toplantısı

NövAvstriyanın Telfs bәti Bilderberg toplantısı şəhərində keçirilib.

303900
Dünya liderlәrinin gizli toplantısı

Bağlı qapılar arxasında reallaşan və nələrin danışıldığı haqda heç bir mәlumat verilmәyәn yığıncaqdan etiraz mәqsәdiylә aksiya keçirilib.
22 ölkәnin tәmsil edildiyi yığıncağa aralarında prezident, baş nazir, nazirlər, millət vəkilləri, media aktorları, texnologiya nəhəngləri və bankçılarında olduğu 140 nәfәr iştirak edib.
Fərqli qeyri-hökumət təşkilatlarının yaratdığı "Bilderberg Müxaliflәri Platforması" üzvlərindən ibarət 500 nәfәr yığıncaqdan etiraz mәqsәdiylә nümayiş keçirib.
Aksiyaçılar, "Dünya qabaqcılları bu yığıncaqda görüşür, dünyanı maraqlandıran mövzular ələ alınır ancaq cәmiyyәtә məlumat verilmir” deyәrәk reaksiyalarını sәslәndiriblәr.
Yığıncaqda müzakirә edilәn mövzular arasında Süni zәka, Siber Təhlükəsizlik, İqtisadi Məsələlər, Rusiya, Yunanıstan, İran, kimyəvi Silahlanma, Yaxın Şərq, DEAŞ, NATO və ABŞ-dakı seçkilər yer alıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr