ABŞ-da təhlükəsizlik binasına hücum təşkil edilib

Cinayətkar avtomobilində olarkən xüsusi təyinatlı qruplar tərəfindən vurularaq öldürülüb

303470
ABŞ-da təhlükəsizlik binasına hücum təşkil edilib

ABŞ-ın Dallas şəhərində silahlı şəxs təhlükəsizlik binasına hücum təşkil edib.
Məlumata görə cinayətkarın hər hansı bir təşkilatla əlaqəli olmadığı təxmin edilir. Cinayətkar avtomobilində olarkən xüsusi təyinatlı qruplar tərəfindən vurularaq öldürülüb.
Təhlükəsizlik xidməti əvvəl avtomobildə c-4 tipli partlayıcı olduğunu və cinayətkarın avtomobillə binanı partlatmağa çalışdığını bildirsələr də daha sonra avtomobildə heç bir partlayıcı aşkarlanmayıb.
Cinayətkarın 33 yaşlı amerikalı Ceyms Bolveyr olduğu bildirilir. Hadisə nəticəsində Bolveyrdən başqa ölən və ya yaralanan olmayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr