Avropa Rusiyaya qarşı yenidən sərtləşdi

Avropa Parlamenti (AP) Avropa İttifaqından Rusiya ilə əlaqələrin bir daha nəzərdən keçirməsini istəyib.

302006
Avropa Rusiyaya qarşı yenidən sərtləşdi

  Avropa Parlamenti Baş Assambleyası siyasi qruplar tərəfindən Rusiya mövzusunda ortaq hazırlanan qərar layihəsini 135 əleyhinə, 494 lehinə səs çoxluğuyla qəbul edib.

  Qərarda yazılır:
• Avropa İttifaqı Rusiyanın demokratik qaydaları, əsas prinsipləri və beynəlxalq hüququ sistemli şəkildə pozduğu üçün Moskva ilə əlaqələri ciddi surətdə nəzərdən keçirir.
• Avropa İttifaqı Komissiyasından Rusiyanın təcavüzkar siyasətinə qarşı çıxmaq üçün daha təsirli siyasətlər yürütməsini istəyir.
• Rusiyadakı qeyri-hökumət təşkilatlarına daha çox dəstək verilməlidir.
• Rusiyanın təbliğat və dezinformasiya fəaliyyətləri ilə təsirli mübarizə edilməlidir.
• Rusiyanın Ukraynaya hücumları və Krımı işğalı yenidən qınanır.
• Avropa İttifaqı ölkələri Moskvaya dair qərarlarda güzəştə getməməlidir.
• Avropa İttifaqı üzvləri həmrəylik ruhuna zidd hərəkət edərək Rusiya ilə təktərəfli razılaşmalara getməkdən qəti şəkildə uzaq olmalıdır.

  Avropa Parlamenti Rusiyanın Avropa İttifaqı ölkələrindən 89 mühüm şəxsin Rusiya torpaqlarına girişinə qadağan etməsini isə qınayıb.

  Xatırladaq ki, Avropa İttifaqı liderləri Brüsseldə 25-26 iyun tarixlərində olacaq zirvə toplantısında Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr