Putin:"Ukrayna Böhranı ABŞ-nın mәhsuludur"

Vladimir Putin, 10 İyunda İtaliyaya sәfәr edәcәk.

294414
Putin:"Ukrayna Böhranı ABŞ-nın  mәhsuludur"

Rusiya Dövlət Başçısı Vladimir Putin, 10 İyunda İtaliyaya sәfәr edәcәk. O hәmin sәfәri әrәfәsindә ölkənin etibarlı qәzetlәrindәn birinә verdiyi müsahibәdә "Qərbdə, Rusiyanın NATO ölkələrinə hücumu edәcәyinә dair mәsnәdsiz iddialar mövcuddur. Rusiya və NATO arasında döyüş ola bilmәz. Belә iddialar ağlını itirmiş insanların xәyal mәhsulundan başqa heç nә deyil” deyә vurğulayıb.
Ukrayna sərhədindəki hərbi fəaliyyətlərin, Rusiyaya istiqamətli təhdidlərə qarşı cavab xüsusiyyəti daşıdığını ifadə edən Putin, “Biz yalnız Rusiyanın təhlükəsizliyini təmin edəcək addımlar atırıq. Rusiya ilə Qərb arasındakı əlaqələrin әsasını qarşıdurma deyil, əməkdaşlıq tәşkil etmәlidir. Ancaq kimsə Rusiyanın tək tərəfli olaraq tәrk silah etmәsini dә gözlәmәmәlidir” deyib. Ukrayna böhranının, Atlantik bölgəsindəki liderliyini davam etdirə bilmək üçün Amerika Birləşmiş Ştatlarının törәtdiyini dә sözlәrinә әlavә edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr