ABŞ-a kiber hücum

Amerika Birləşmiş Ştatları Personal İdarə Ofisi 4 milyondan çox köhnə və indiki federal işçinin məlumatlarının hakerlər tərəfindən izlənildiyini açıqlayıb.

293210
ABŞ-a kiber hücum

  Verilən məlumata görə, aprel ayında kiber təhlükəsizliyi artırmaq üçün edilən işlər əsnasında informasiya texnologiyaları sistem və datalarına bayırdan kiber hücum olduğu təsbit edilib. Bu pozuntunun əvvəl də olduğu qeyd edilən şərhdə mövzuyla bağlı Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqat Bürosunun (FBI) birgə çalışıldığı bildirilib.

  Mərkəzi hökumətə aid təşkilatlarda işçilərin təhlükəsizlik araşdırması və məlumat köçürmələrini mühafizə edən Personal İdarə Ofisi kiber hücumun tarixini söyləməsələr də, Amerika mediası bunun 2014-cü ilin dekabrında olduğunu yazıblar.

  Amerika hökumət nümayəndələri kiber hücumun arxasında Çinin kompüter hakerlərinin olduğunu güman edir. Pekin rəhbərliyi isə iddiaları rədd edib və ittihamı "məsuliyyətsizlik" adlandırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr