Hava yolu şirkǝti üzr istǝyib

ABŞ-da fǝaliyyǝt göstǝrǝn hava yolu şirkǝti üzr istǝyib.

292911
Hava yolu şirkǝti üzr istǝyib

ABŞ-da fǝaliyyǝt göstǝrǝn hava yolu şirkǝti üzr istǝyib.
United hava yolu şirkǝti tǝyyarǝdǝ ayrı-seçkiliyǝ mǝruz qalan Tahera Ahmad adlı müsǝlman qadından üzr istǝyib.
Tahera Ahmad mayın 30-da sǝyahǝti zamanı içki verildiyindǝ qadın vǝzifǝlidǝn qutudakı içǝcǝyin ona ağzı açıq şǝkildǝ verilmǝsinǝ etirazını bildirǝrǝk “gigiyenaya görǝ” ağzı açılmamış bir qutu gǝtirmǝsini istǝmişdi. Qadın vǝzifǝli isǝ ona açılmamış qutu verǝ bilmǝyǝcǝyini ona görǝ dǝ artıq içki olmadığını söylǝyib.
United hava yolları şirkǝtinin sözcüsü Charles Hobart şirkǝtin müştǝrilǝrǝ vǝ işlǝyǝnlǝrǝ qarşı ayrı-seçkilik qoyan rǝftarlara tolerantla yanaşa bilmǝyǝcǝyini bildirib.
Hobert müsǝlman qadına ayrı-seçkilik qoyan vǝzifǝlinin artıq şirkǝtlǝrindǝ müştǝrilǝrǝ xidmǝt göstǝrmǝyǝcǝyini dǝ açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr