ABŞ-dan Myanma hökumətinə xəbərdarlıq

Barak Obama: “İnsanlar arasında ayrı-seçkiliyə son verilməlidir”

301074
ABŞ-dan Myanma hökumətinə xəbərdarlıq

ABŞ Prezidenti Barak Obama, Myanma rəhbərliyinin Arakan müsəlmanlara qarşı tətbiq etdiyi ayrı-seçkiliyə bir an əvvəl son verməsinin vacibliyini bildirib.
Obama, Ağ Evdə Cənub-şərqi Asiyadan bir qrup gənci qəbul edib.
Görüş zamanı Arakan müsəlmanlara qarşı ayrı-seçkilik məsələsi də müzakirə olunub.
Myanma rəhbərliyinin Arakanlı müsəlmanlara qarşı tətbiq etdiyi rəftarı tənqid edən Obama “Demokratiyaya keçiddə müvəffəqiyyətli olmaq üçün insanlar arasında ayrı-seçkiliyə son verilməlidir” deyə bildirib.
Obama, əgər bir arakanlı olsaydım harada olmaq istərdiniz sualını cavablandıraraq “Əgər mən bir arakanlı olsaydım, doğulduğum yerdə, ailəmin yaşadığı yerdə qalmaq istərdim. Bununla bərabər dövlətimin məni qoruduğundan və insanların mənə ədalətli davrandığından da əmin olmaq istərdim” deyə vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr