Sudan aclıqdan ölür

Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramı Sudanda həddindən artıq adamın yenə aclıq təhlükəsiylə qarşı-qarşıya qaldığını açıqlayıb.

296033
Sudan aclıqdan ölür

  2011-ci ildə müstəqilliyini qazanan Sudanda davam edən qarşıdurmalar, qida qiymətlərinin yüksək olması və iqtisadi problemlər insanların acından ölmələrini artırıb. İlin ilk 5 ayında ölüm sayı 2 qat artaraq 4 milyon 600 min nəfərə çıxıb. Bu insanların 874 mini 5 yaşdan aşağı olan uşaqlardır.

  Dünya Qida Proqramı “ölkəyə kömək əli uzadılmazsa, qıtlıq ölüm sayını daha da artıracaq” deyə bildirib.

  Ölkənin şimalındakı 3 əyalətdə qarşıdurmalar və aclıqdan çox sayda adam evlərini tərk edib.

  Beynəlxalq yardım təşkilatları isə kömək edə bilmək üçün kafi büdcəyə sahib olmadıqlarını deyiblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr