İngiltərənin Baş naziri Fransa prezidentilə görüşüb

Avropa İttifaqı üzvlüyü məsələsini 2017-ci ildə referenduma aparacaq İngiltərənin Baş naziri Devid Kemeron (David Cameron) Parisdə Fransa prezidenti Fransua Olland (Francois Hollande) ilə görüşüb.

296828
İngiltərənin Baş naziri Fransa prezidentilə görüşüb

  İki lider terror, iqlim dəyişikliyiylə mübarizə və Avropa İttifaqı mövzularında iş birliklərini artırmaq barədə danışıblar.

  Franda prezidenti İngiltərənin İttifaqda qalmasının həm İngiltərə, həm də ingilis xalqı üçün daha yaxşı olacağını söyləyib. Amma Avropa İttifaqını qəlibləşmiş quruluşa bənzədərək tənqid edən Kemeron isə "Fransanın prioriteti avro bölgəsini gücləndirmək, mənimki isə İngiltərə xalqının narahatlığını aradan qaldırmaqdır" deyib.

  Kemeron: “Avropa İttifaqında dəyişiklik olarsa, bu təkcə öz ölkəsi üçün deyil, bütün Avropa üçün faydalı olacaq” söyləyib.

  Ümumiyyətlə, İngiltərə 1973-ci ildən bu yana üzv olduğu Avropa İttifaqının sərhədlərinin nəzarətsiz olmamasını, sərbəst keçid və köçə məhdudiyyət qoyulmasını istəyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr