ABŞ-ın hərbi hissələrində qarayara virusu təhlükəsi

Cənubi Koreyadakı hərbi bazaya səhvən qarayara bakteriya nümunələri göndərilib

291601
ABŞ-ın hərbi hissələrində qarayara virusu təhlükəsi

ABŞ Müdafiə Nazirliyi, iki hərbi hissədən 9 ştatda olan müxtəlif hərbi bölmələrə və Cənubi Koreyadakı bir hərbi bazaya səhvən qarayara bakteriya nümunələrinin göndərildiyini açıqlayıb.
Nümunələrin 2014-cü ilin mart ayından cari ilin aprel ayları arasında Utah və Maryland hərbi hissəlәrdən, göndərildiyi ehtimal olunub.
Pentaqon hadisənin sağlamlıq baxımından risk yaratmadığını bildirib.
Lakin Cənubi Koreyada 22 nəfərin, bakteriyaya yoluxma ehtimalı nəzərə alınaraq lazımi tədbirlər görülüb.
Qeyd edək ki, ötən il də Atlantadakı laboratoriyaların birində virusun zərərsizləşdirilmə qaydalarına əməl olunmaması səbəbi ilə işçilər virusa yoluxma ehtimalı nəzərə alınaraq müalicə olunublar.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr