Tailand qaçqınlar üçün hərəkətə keçib

Donanmaya aid 7 gəmi arakanlı və banqladeşli immiqrantlar üçün patrul xidmətinə başlayacaq. Ölkənin cənub-qərbində də 8 təyyarə axtarış işlərinə qatılacaq.

290059
Tailand qaçqınlar üçün hərəkətə keçib

  Xilas ediləcək qaçqınlar müalicə və yardım üçün Myanma sərhədi yaxınlığında qurulan üzən donanma bazasına aparılacaq.

  Tailand Baş naziri Prayus Çen Oça (Prayuth Chan Ocha) bunun digər bölgə ölkələrinə nümunə olmasını istəyib.

  Cənubi Afrikanın Nobel mükafatlı Baş yepiskopu Desmond Tutu da öz növbəsində təzyiq və zülm altında olan arakanlı müsəlmanlar üçün regional və beynəlxalq təşkilatlara müraciət edib, onları Myanma hökumətinə maliyyə dəstəyi etməyə çağırıb.

  Bu proseslərlə yanaşı, Malaziyanın şimalında içində köçkünlərin də olduğu sanılan 139 məzarda qazıntı işlərinə başlanılıb. Məzarların birində qazıntı zamanı yeni bir cəsəd müəyyən edilib və yarılma üçün xəstəxanaya aparılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr