Rusiya ABŞ-dan sonra ikinci sıradadır

Rusiya dövlət başçısı Vladimir Putin Rusiyanın dünya silah bazarında ABŞ-dan sonra ikinci sırada olduğunu deyib.

289497
Rusiya ABŞ-dan sonra ikinci sıradadır

  Putin Rusiya Hərbi Texniki Əməkdaşlıq Komissiyasının Toplantısında etdiyi çıxışında son üç ildə hərbi məhsul ixracatının sabit qaldığını, yəni 15,5 milyard dollarlıq olduğunu bildirib.

  Ölkəsinin dünya üzrə silah bazarında ikinci sırada olmasını və bunun böyük müvəffəqiyyət sayıldığını vurğulayan Putin: "Beynəlxalq institutların məlumatlarına görə, dünya silah bazarının 31 faizi ABŞ, 27 faizi Rusiyanın əlindədir" deyib.

  Keçən il Rusiyanın 24 beynəlxalq silah və müdafiə sərgisində iştirak etdiyini bildirən Putin 62 ölkəyə silah satdıqlarını, 91 ölkə ilə isə əməkdaşlıq içərisində olduqlarını söyləyib.

  Putin müdafiə sənayesi və silah istehsalı sahəsində də ölkəsini daha üstün yerlərdə görmək istədiyini bu sözlərlə bildirib: "İrəliyə getmək, nəhəng planlar yerinə yetirmək, yeni növ silahlar istehsal etmək, Rusiyanın dünya bazarındakı yerini daha da gücləndirmək lazımdır. Bu gün çox çətin şərtlər altında çalışırıq. Rəqabət zamanı təcavüzkar yanaşmalarla da qarşı-qarşıya qalırıq."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr